böyükağa etmək (ürəyi bulanmaq, qusmaq, öyümək)

to vomit / to puke / to barf / to york / to chunder (usually as a result of heavy drinking) поехать в Ригу (шутл. рвать, блевать)
böyük vəzifəli insan
böyüklük etmək
OBASTAN VİKİ
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Qaranlığın ürəyi
"Qaranlığın ürəyi" (ing. Heart of Darkness) — Polşa və İngiltərə yazıçısı Cozef Konradın 1899-cu ildə yazdığı macəra romanı. Roman ilk dəfə 1902-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Konradın yaradıcılığının mərkəzində "mədəni insanlar" və "vəhşilər" arasında çox da fərq olmadığı fikri dayanır. "Qaranlığın ürəyi" dolayısı ilə imperializm və irqçiliyi şərh edir. Romanın süjeti Marlounun uğurlu fil sümüyü taciri Kurtsla bağlılığı haqqında izahatının əsasını təşkil edir. Konrad qaranlıq yerlər kimi "yer üzündəki ən böyük şəhər" olan London və Afrika arasında paralellər aparır. Hekayə Mərkəzi Afrikaya səyahətini xatırlayan protaqonist dənizçi Marlounun baxış bucağından nəql edilir. "Şirkət"in göstərişi ilə o, şirkətin fil sümüyü toplayan Kurts adlı agentlərindən birini özü ilə aparmaq üçün uzaqlarda yerləşən bir stansiyaya getməlidir. Kitabın əsas hissəsini Marlounun tropik çay boyunca avropalılara tamamilə naməlum ərazilərdə səyahəti haqqında məlumatları birinci şəxs baxış bucağından nəql etməsi təşkil edir.
İnsan ürəyi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Böyükağa Atababayev
Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas. == Həyatı == Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı.
Böyükağa Hacıyev
Böyükağa Tələt oğlu Hacıyev (20 aprel 1958, Naxçıvan – 16 mart 2018, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi, əməkdar məşqçi. "Neftçi" klubunun sabiq və ən uğurlu baş məşqçisi. == Bioqrafiya == Naxçıvan futbolunun şagirdidir. SSRİ çempionatının 2-ci liqası klubu olan "Araz-Naxçıvan"da müdafiəçi mövqeyində oynamışdır. Futboçunun karyerasının sonunda məşqçi kimi çalışmağa başladı. 1999–2000-ci illərdə "Araz-Naxçıvan"ın baş məşqçisi olmuşdur. Klub maliyyə çətinlikləri səbəbində dağıldığı üçün Böyükağa Hacıyev İrana yollanmış və "Maşın Sazi Təbriz" klubunda məşqçi (2002–2003), baş məşqçi (2003–2004) vəzifəsində çalışmışdır. 2004–2005-ci illərdə "Traktor Sazi klubunda baş məşqçi olmuşdur. Bu klublarda işləməklə Böyükağa Hacıyev böyük iş təcrübəsi qəzanmışdır. 2005-ci ildə Hacıyev Azərbaycana qayıdaraq Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləmişdir.
Böyükağa Hüseynov
Böyükağa Hüseynov (7 mart 1926, Bakı – 31 may 1983, Bakı) — filologiya elmləri doktoru (1974), professor (1980), AMEA-nın müxbir üzvü (1980). == Həyatı == Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakıda anadan olub. Orta təhsilini 150 saylı məktəbdə alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində başa vurduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində təhsilini davam etdirib. == Əmək fəaliyyəti == Böyükağa Hüseynov Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda və Kommunist Partiyası MK-nın Təbliğat şöbəsində və SSRİ EA-nın Asiya İnstitutunda məsul vəzifədə çalışıb. O, 1962–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini vəzifəsini icra edib. Həmçinin 1966-cı ildən ömrünün sonuna kimi həmin institutun İran filologiyası şöbəsinə rəhbərlik edib. == Elmi fəaliyyəti == Böyükağa Hüseynov 1962-ci ildə Moskva şəhərində "Mütərəqqi İran poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. 1980-ci ildə professor elmi adını alan Böyükağa Hüseynov elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Asiya və Afrika xalqları ədəbiyyatı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olub.
Böyükağa Mirsalayev
Böyükağa Mirsalayev (22 yanvar 1893, Rəzgov, Lənkəran qəzası – 8 yanvar 1938) — Azərbaycanın talış əsilli marifçisi, Zaqafqaziya KP(b)MK-nın II katibi, 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi, 1927-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nuxa Qəza Komitəsinin birinci katibi, 1929-cu ildə Azərittifaqın rəyasət heyətinə sədri, 1930-cu ildə Lənkəran dairə icraiyyə komitəsinin sədri. == Həyatı == Böyükağa Əbülfət oğlu Mirsalayev 1893-cü il yanvarın 22-də Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik rayonu) Mistan kənd cəmiyyətinin Rəzqov (Rəzqo) kəndində anadan olmuşdur. Böyukağa Mirsalayev 1906-cı ildə 13 yaşında yeniyetmə ikən Bakı şəhərinə köcmuşdur. Uşaq yaşlarından əmək fəaliyyətinə neft mədənlərində başlamışdır. Fəhləlik eləməklə bərabər, o, həm də öz elmini artıqmaqda, savadlanmaqdanda geri qalmırdı. Sabunçudakı üç sinifli məktəbdə təhsil alırdı və oranı bitirmişdir. Sonralar işlədiyi müəssisələrdə inqilabi fəaliyyət göstərmişdir. Bir kəndli balasının dunyagöruşu formalaşdıqca onda zülmə və zülmkarlığa qarşı nifrət hissi güclənmişdir. 1918-ci ildə Böyukağa doğma kəndinə Rəzqova qayıdır. Mistan kənd cəmiyyətinin kəndxudasının katibi işləyir.
Böyükağa Mirzəzadə
Böyükağa Məşədi oğlu Mirzəzadə (21 fevral 1921, Bakı – 3 noyabr 2007, Bakı) — boyakar, teatr rəssamı, Azərbaycan SSR xalq rəssamı (1967). == Həyatı == Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır. == Yaradıcılığı == Onun yaradıcılığına müxtəlif dövrlərin avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır.Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir.1950–60-cı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950-ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub.
Böyükağa Mustafayev
Böyükağa Hacıağa oğlu Mustafayev (1911, Bakı – 1976, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Böyükağa Mustafayev 1911-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfində təhsil alıb və ikinci kursdan Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi xorda oxumağa başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı truppasına qəbul edilib. Gur bas səsə malik olan Böyükağa Mustafayev Üzeyir Hacıbəyovun "Koroğlu" operasında İbrahim xan rolunun ilk ifaçısı olmuşdur. O, "Əsli və Kərəm" operasında Keşişin obrazını da yaratmışdır. Aktyor 1976-cı ildə Bakıda vəfat edib. == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов.
Böyükağa Məmmədov
Böyükağa Məmmədov (rejissor)
Böyükağa Qasımzadə
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır. Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948). Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur.
Böyükağa Qurbanov
Böyükağa Cabir oğlu Qurbanov (22 aprel 1964, Bayoba, Xaçmaz rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Böyükağa Qurbanov 1964-cü il aprelin 22-də Xaçmaz rayonunun Bayoba qəsəbəsində anadan olub. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda xalq təsərrüfatı fəaliyyətinin təhlili üzrə ali təhsil alıb. Rus dilini bilir. Böyükağa Qurbanov ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 92 nömrəli Xaçmaz dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Böyükağa Qurbanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Böyükağa Qurbanov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. == Təltifləri == Böyükağa Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli 1404 nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). Repressiya qurbanıdır. == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur.
Böyükağa Yusibli
Böyükağa Şahverdiyev
Böyükağa Əzimov
Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), AMEA-nın müxbir üzvü (1967). == Həyatı == Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, 1947-ci ildə isə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirmiş­dir. == Əmək fəaliyyəti == Böyükağa Əzimov 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur. == Elmi fəaliyyəti == Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika üzrə fəlsəfə doktoru (1950), texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. Alim 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur.
Böyükağa Pişnamazzadə
Böyükağa Fərəcullah oğlu Pişnamazzadə (18 may 1918, Nuxa, Yelizavetpol quberniyası – 17 iyun 1977, Bakı) — Azərbaycan sovet kimyaçı alimi. == Həyatı == B.F.Pişnamazzadə 1918-ci il mayın 18-də Şəki şəhərinin Gəncəlilər məhəlləsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Şeyxüslamının müavini Hacı Şeyx Fərəcullah Zeynaləbdin oğlu Pişnamazzadənin ailəsində anadan olmuşdur. 1926-cı ildə Şəki şəhəri orta məktəbinə daxil olmuş, 1928-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakıda 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur və 1941-ci ildə oranı bitirmişdir. Həmin ilin iyul ayında II Dünya müharibəsinin başlanması ilə ordu sıralarına səfərbər edilmiş və döyüşən ordunun arxa cəbhəsini müdafiə edən Daxili İşlər Xalq Komissarlığının 2-ci sərhəd polkunda kimya xidməti rəisi olmuşdur. 2-ci sərhəd polkunun tərkibində Şimali qərb, 2-ci Pribaltika, 1-ci Ukrayna cəbhələrində Polşa ərazisində döyüş yolu keçərək qələbəni Almaniyada başa vurmuşdur. == Elmi dərəcələri və elmi adları == Böyükağa Pişnamazzadə 1949-cu ildə "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi, 1964-cü ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1952-ci ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi, həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1945-ci ilin noyabrında ordudan tərxis olunduqdan sonra Azərbaycan EA-nın Kİ-da kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1949-cu ildə "Alfa-xlorefirlərin etrilen karbohidrogenlərin etilen karbohidrogenləri ilə alkilləşməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Bir qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Komissarın Ürəyi (1978)
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci ilə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Uşaq ürəyi (kitab)
Uşaq ürəyi — 1886-cı ildə italyan yazıçısı Edmondo De Amiçis tərəfindən tamamlanan, ibtidai məktəb yaşında olan Enriko adlı italyan oğlanın məktəb və ictimai həyatını onun öz dilindən anladan romandır. Bu, müəllifin öz oğlunun gündəliklərindən ilhamlanaraq yazdığı kitabdır. Dünyanın əksər dillərinə tərcümə edilmişdir. Təhsil elmləri mütəxəssisləri tərəfindən "dünyanın ən faydalı uşaq kitabı" kimi qəbul edilmişdir. 3-cü sinfə gedən Enriko adlı oğlanın bir ilində baş verən hadisələri gündəliyinə yazması və onu oxucularla bölüşməsi. Enriko: Hər bir valideyn rahatlıqla nümunə göstərə bilər. Həmçinin, gündəliklərin də sahibidir. Garrone: Məktəbə 2 il gec başlayan 14 yaşlı böyük oğlan Qarrone həmişə Nellini qoruyur və sevir, digər uşaqları qoruyur, zəifləri məktəbin nadinc şagirdlərindən qoruyur və nəhayət, o, mehriban bir insandır. Derossi: O, birinci sinfə embarqo qoyan biridir. O, zəhmətkeş və çox centlmendir.
Onun böyük ürəyi
Kinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, İkinci Dünya müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir. Film operator Rasim Ocaqovun kinoda ilk işidir. Film aktyor Gündüz Abbasovun kinoda ilk işidir. Operator Rasim Ocaqov Rəna obrazının ifaçısı Sveta Cavadova ilə bu filmin çəkilişləri zamanı tanış olmuş və ailə həyatı qurmuşdur. Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Qara Qarayev Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Y.Dolmatovski Rejissor: Yuli Karasik (Yuri Karasuq kimi) Geyim rəssamı: İsmayıl Axundov Redaktor: Fərman Eyvazlı Quraşdırılmış səhnələrin operatoru: V.Alekseyeva Quraşdırılmış səhnələrin rəssamı: V.Qolikov Filmin direktoru: D.Avrutin Çalır: Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor: Q.Hamburq Tamilla Ağamirova — Səmayə Salman Dadaşov — Oqtay Gündüz Abbasov — Rəcəb Leyla Bədirbəyli — Xalidə Sveta Cavadova — Rəna Nodar Şaşıqoğlu — Mənsur Əjdər İbrahimov — Rəsulov Nina Doroşina — Maşa Bahadur Əliyev — Əhməd Natəvan Şeyxova — Lalə L.Kadrov Nikolay Barmin Münəvvər Kələntərli — Səmayənin iş yoldaşı Y.Neçayeva K.Filkenşteyn M.Jarova Y.Ovçinnikova Rüfət Əliyev Əli Zeynalov — Rəsulov (Əjdər İbrahimov) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Səmayə (Tamilla Ağamirova) (titrlərdə yoxdur) Həsənağa Salayev — Oqtay (Salman Dadaşov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Rəcəb (Gündüz Abbasov) (titrlərdə yoxdur) Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.